Menyu

İspaniyada maşinistlərin tətili qatar nəqliyyatında problemlər yaradıb

Nicat Hüseynli
İspaniyada maşinistlərin tətili qatar nəqliyyatında problemlər yaradıb
1 dəq oxu

İspaniyada 7 mindən çox maşinistin qatıldığı tətil ölkə üzrə qatar reyslərində ciddi ləngimələrə səbəb olub.

Operativ Media xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Bildirilib ki, noyabrın 10-dan bəri üçüncü dəfə keçirilən tətil xüsusilə Madrid və Barselonada sərnişinlərə çətinlik yaradıb. Maşinistlər dəmir yolu təhlükəsizliyi sahəsində struktur dəyişiklikləri tələb edirlər.

Əlaqəli Xəbərlər