Menyu

Fələstin və Azərbaycan ikitərəfli əməkdaşlığı müzakirə edib

Operativ Media
Fələstin və Azərbaycan ikitərəfli əməkdaşlığı müzakirə edib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Yaxın Şərq və Afrika idarəsinin rəisi Elməddin Mehdiyev və Fələstinin ölkəmizdəki səfiri Əhməd Metini arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Fələstinin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər görüş zamanı Azərbaycan və Fələstin arasında bir sıra ikitərəfli əməkdaşlıq sənədlərini müzakirə ediblər.

Əlaqəli Xəbərlər