Menyu

567 nömrəli marşrutun avtobusları yenilənir

Operativ Media
567 nömrəli marşrutun avtobusları yenilənir
1 dəq oxu

Qobu qəsəbəsini “Avtovağzal” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,70 AZN müəyyən edilib.

Əlaqəli Xəbərlər