Menyu

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

Operativ Media
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
1 dəq oxu

"An-12" hərbi təyyarəsi Rusiyanın Kemerovo vilayətinin Yaqunovo kəndi ərazisində qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə regionun qubernatoru İlya Seredyuk "Telegram" kanalında bildirib.

"Yaqunovo kəndi ərazisində aviasiya qəzası olub. Hadisə yerinə yola düşdüm. Orada operativ xidmətlər işləyir. Region tərəfindən lazımi köməklik göstərilir. Hadisənin təfərrüatları səlahiyyətli qurumlar tərəfindən müəyyənləşdirilir", - o yazıb.

Qeyd edilib ki, ekipajın bütün üzvləri (17 nəfər-red.) həlak olub.

Əlaqəli Xəbərlər