Menyu

İlqar Musayev: Azərbaycanda kibertəhlükəsizlik dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Şəfa Hüseynli
İlqar Musayev: Azərbaycanda kibertəhlükəsizlik dövlət siyasətinin prioritet istiqamətlərindəndir
1 dəq oxu

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2026-cı il fevralın 11-də sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirədə bu sahələrin ölkənin strateji inkişafı baxımından əhəmiyyəti xüsusi vurğulanıb və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

İlqar Musayev qeyd edib ki, Azərbaycan rəqəmsal transformasiyanı yalnız texnoloji inkişaf deyil, həm də milli təhlükəsizliyin və dövlət suverenliyinin mühüm təminatlarından biri kimi qəbul edir.

Əlaqəli Xəbərlər