Menyu

Paşinyan Azərbaycanla transsərhəd çayların suyundan birgə istifadəni müzakirə etməyi təklif edib

Operativ Media
Paşinyan Azərbaycanla transsərhəd çayların suyundan birgə istifadəni müzakirə etməyi təklif edib
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla çayların su ehtiyatlarından istifadə və ekoloji normalara əməl olunması məsələlərinin müzakirəsinin vacibliyini vurğulayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan parlamentdə çıxışı zamanı münaqişəni aradan qaldıran ölkələrin müxtəlif sahələrdə əməkdaşlıq etməli olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazisindən Ermənistana, eləcə də Ermənistandan Azərbaycana doğru axan çaylar var və bu su mənbələri ortaq hesab olunur.

Baş nazir su ehtiyatlarından birgə istifadə qaydalarının, o cümlədən ekoloji tələblərə riayət olunması məsələsinin müzakirəsinə ehtiyac olduğunu qeyd edib.

O, həmçinin İran və Türkiyə ilə münasibətlərdə bu sahədə əməkdaşlıq nümunələrinin mövcudluğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dəfələrlə Ermənistanın transsərhəd çaylardan istifadə zamanı ekoloji normalara əməl etməsinin vacibliyini gündəmə gətiriblər.

Əlaqəli Xəbərlər