Menyu

İlqar Musayev: Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişir

Şəfa Hüseynli
İlqar Musayev: Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişir
1 dəq oxu

Süni intellektin sürətli inkişafı informasiya müharibələrinin xarakterini, kiberəməliyyatların miqyasını və beynəlxalq təsir mexanizmlərini dəyişir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, texnologiyanın inkişafı yalnız iqtisadiyyatın və sosial həyatın transformasiyasına deyil, həm də beynəlxalq münasibətlərin xarakterinin, dövlətlərarası rəqabətin və qlobal güc balansının dəyişməsinə səbəb olur.

Qeyd edib ki, rəqəmsal texnologiyalar, süni intellekt və kiberməkan dövlətlərin strateji maraqlarının formalaşmasına, milli təhlükəsizlik siyasətinə və beynəlxalq münasibətlər sisteminə birbaşa təsir göstərən amillərə çevrilib.

Əlaqəli Xəbərlər