Menyu

İlqar Musayev: Kritik infrastrukturun kiberrisklərdən qorunması vacibdir

Şəfa Hüseynli
İlqar Musayev: Kritik infrastrukturun kiberrisklərdən qorunması vacibdir
1 dəq oxu

Kritik informasiya infrastrukturunun mühafizəsi kibertəhlükəsizlik sahəsində əsas prioritetlərdən biridir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, süni intellekt dövründə dövlətlərin qarşısında duran əsas çağırışlardan biri milli və transsərhəd kiberrisklərdən qorunmaqdır.

İlqar Musayev qeyd edib ki, konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlərə təsiri, dövlətlərin strateji müstəqilliyinin qorunması, informasiya müharibəsi və deepfake texnologiyalarının yaratdığı təhdidlər, eləcə də kritik infrastrukturun mühafizəsi məsələləri müzakirə olunur.

Əlaqəli Xəbərlər