Menyu

Əkrəm İmamoğluna iki il həbs cəzası verilib

Operativ Media
Əkrəm İmamoğluna iki il həbs cəzası verilib
1 dəq oxu

Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Növbəti Qurultayında qanun pozuntularına yol verildiyi iddiası ilə açılan məhkəmə işi üzrə hökm elan olunub.

Operativ Media xəbər verir ki, məhkəmənin qərarına əsasən, aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun da olduğu 9 nəfər "Seçki Qanununu pozma" cinayətinə görə hər biri 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Əkrəm İmamoğlu, Rıza Akpolat, Özgür Çelik, Nihat Yeşiltaş, Baki Aydöner, Erkan Aydın, Mehmet Kılınçarslan, Metin Güzelkaya və Serhat Can Eşin həbs olunub.

Məhkəmə, həmçinin Cemil Tuqay, Hüseyin Yaşar və Özgen Nama barəsində bəraət hökmü çıxarıb.

Əlaqəli Xəbərlər