Menyu

Polşa Prezidenti Trampa kəhrəba ilə bəzədilmiş xüsusi kreslo hədiyyə edib

Operativ Media
Polşa Prezidenti Trampa kəhrəba ilə bəzədilmiş xüsusi kreslo hədiyyə edib
1 dəq oxu

Polşa Prezidenti Karol Navrotskinin ABŞ Prezidenti Donald Trampa kəhrəba ilə bəzədilmiş xüsusi kreslo bağışladığı məlum olub.

Operativ Media xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.

Məlumata görə, Navrotski 2026-cı ilin iyununda ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyi və Trampın 80 illik yubileyi münasibətilə Vaşinqtona səfəri zamanı ona iki hədiyyə təqdim edib.

Hədiyyələrdən birinin Vaşinqtonda inşa edilməsi planlaşdırılan zəfər tağı üçün mərmər lövhə olduğu açıqlansa da, ikinci hədiyyə barədə məlumat indiyədək gizli saxlanılıb.

İkinci hədiyyə polşalı sənətkar Luçyan Mırtanın hazırladığı, kəhrəba işləmələri ilə zəngin şəkildə bəzədilmiş kreslodur.

Qeyd edək ki, Polşa Prezidentinin Aparatı kreslo barədə məlumatı hətta yüksəkvəzifəli rəsmilərdən də gizli saxlayıb.

Əlaqəli Xəbərlər