Menyu

Dünya çempionatı: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Operativ Media
Dünya çempionatı: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır
1 dəq oxu

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək.

Operativ Media ACF-ə istinadən xəbər verir ki, ilk yarış günündə Azərbaycanı 5 çəkidə 6 cüdoçu təmsil edəcək.

Qızlar arasında -48 kq çəki dərəcəsində Nərgiz Əhmədova 1/16 finalda çilili Maria Valensiya ilə qarşılaşacaq. -52 kq-da Aysun Məmmədova kanadalı Rima Burihanla üz-üzə gələcək.

-57 kq çəki dərəcəsində Xədicə Qədəşova Selin Bestav (Türkiyə) – Nino Xaraişvili (Gürcüstan) cütünün qalibi ilə, Vüsalə Hacıyeva isə sloveniya təmsilçisi Nika Tomts ilə mübarizə aparacaq.

Oğlanlar arasında -60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə Gavreil Şanran Lu E Xan (Honq-Konq) – Stratos Xaralampus (Kipr) cütünün qalibi ilə tatami üzərinə çıxacaq.

-66 kq-da Məhəmməd Musayev Maqni Lauritsen (Danimarka) – Yun Vinq Yat (Honq-Konq) cütünün qalibi ilə qarşılaşacaq.

Təsnifat görüşləri saat 07:00-da, final bloku isə 16:00-da başlayacaq. Yarışları “Judo TV” vasitəsilə canlı izləmək mümkün olacaq.

Əlaqəli Xəbərlər