Menyu

Putin, Tramp və Si Cinpin bir araya gəlib

Operativ Media
Putin, Tramp və Si Cinpin bir araya gəlib
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş noyabrın 19-da Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasından sonra baş tutacaq.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov RİA Novosti-yə açıqlamasında bildirib.

Uşakov jurnalistlərin görüşün başlanmasını plenar iclas başa çatdıqdan sonra gözləməli olduqlarını deyib. O, Rusiya tərəfinin danışıqların faydalı və məzmunlu keçəcəyinə ümid etdiyini vurğulayıb.

Kremlin nümayəndəsi, həmçinin Putin, Tramp və Çin lideri Si Cinpin arasında nəzərdə tutulan üçtərəfli görüşün nə qədər davam edəcəyinin liderlərin özləri tərəfindən müəyyənləşdiriləcəyini qeyd edib.

Qeyd edək ki, noyabrın 18-də APEC sammiti çərçivəsində təşkil olunan rəsmi qəbulda Putin, Tramp və Si Cinpin bir araya gəliblər. Liderlər əl sıxaraq qısa söhbət ediblər.

Əlaqəli Xəbərlər