Menyu

ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək barədə saziş imzalayıb

Operativ Media
ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək barədə saziş imzalayıb
1 dəq oxu

ABŞ və Venesuela hərbi əməkdaşlığın genişləndirilməsi və müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi barədə razılığa gəlib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Karakasda Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə görüşdən sonra açıqlamasında bildirib.

Heqsetin sözlərinə görə, Vaşinqton Bolivar Respublikası ilə hərbi əlaqələri genişləndirməkdə maraqlıdır.

Tərəflər silahlı qüvvələrin gücləndirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Nazir müdafiə tərəfdaşlığının möhkəmləndirilməsinə dair sazişin Karakasdakı Miraflores prezident sarayında imzalandığını qeyd edib.

O bildirib ki, ABŞ öz hərbçilərinin təcrübəsindən və Venesuela silahlı qüvvələrinin imkanlarından istifadə etməklə əməkdaşlığı daha da dərinləşdirməyə ümid edir.

Əlaqəli Xəbərlər