Menyu

Qazaxıstan və AEBA nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Nicat Hüseynli
Qazaxıstan və AEBA nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirir
1 dəq oxu

Qazaxıstan və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu məsələ Qazaxıstanın Vyanadakı daimi nümayəndəsi Yermek Koşerbayev və AEBA-nın baş direktoru Rafael Qrossi arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər nüvə enerjisinin inkişafı, nüvə təbabəti, texnologiyaların dinc məqsədlərlə tətbiqi və mütəxəssislərin hazırlanması sahələrində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildiriblər.

Əlaqəli Xəbərlər