Menyu

ABŞ kəşfiyyat rəhbəri: Süni intellekt kibertəhlükəsizlikdə vəziyyəti köklü dəyişir

Operativ Media
ABŞ kəşfiyyat rəhbəri: Süni intellekt kibertəhlükəsizlikdə vəziyyəti köklü dəyişir
1 dəq oxu

Süni intellekt kiberməkanda hücum və müdafiə əməliyyatlarının sürətini, miqyasını və mürəkkəbliyini əhəmiyyətli dərəcədə artırır.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton məlumat verib.

Kleyton bildirib ki, superintellekt kibertəhlükəsizlik sahəsində vəziyyəti köklü şəkildə dəyişir.

Onun sözlərinə görə, bu dəyişikliklər təkcə kiberməkandakı əməliyyatlarla məhdudlaşmır, eyni zamanda milli təhlükəsizliyə, döyüş meydanındakı vəziyyətə və ticarətə də təsir göstərir.

“Superintellekt kibertəhlükəsizlik sahəsində vəziyyəti köklü şəkildə dəyişir. O, hücum və müdafiə xarakterli kiber əməliyyatların sürətini, miqyasını və mürəkkəbliyini kəskin artırır. Bu, təkcə kiberməkandakı əməliyyatlara deyil, həm də milli təhlükəsizliyə, döyüş meydanındakı vəziyyətə və ticarətə aiddir”, – Kleyton deyib.

Əlaqəli Xəbərlər