Paşinyan yeni Konstitusiya referendumunda böyük dəstək qazanacağına əmindir
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya üzrə keçiriləcək referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyini düşünür.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, yeni Konstitusiyaya səs vermək Ermənistan vətəndaşlarının özlərinin və gələcək nəsillərinin maraqlarına xidmət edir.
Baş nazirin sözlərinə görə, yeni Konstitusiya dövlətin gələcəyinə dair baxış və inkişaf modelini müəyyənləşdirir. O qeyd edib ki, sənədin konsepsiyası “Real Ermənistan” ideologiyasına əsaslanır.
Paşinyan vurğulayıb ki, əsas məqsəd Ermənistan Respublikasını beynəlxalq səviyyədə tanınmış ərazisi çərçivəsində dövlət kimi təsbit etmək, münaqişələr səhifəsini bağlamaq və ölkənin davamlı inkişafını təmin etməkdir.
Onun fikrincə, yeni Konstitusiya sülhü və xalqın hakimiyyətini dönməz etməyə xidmət etməlidir.
Baş nazir bildirib ki, Ermənistanın hazırkı Konstitusiyası münaqişə məntiqi üzərində formalaşıb, yeni sənəd isə sülhə xidmət etmək məqsədi daşıyır.