Bu günədək ölkədəki sənaye zonalarına yatırılan sərmayələrin ümumi həcmi 6,5 milyard manat təşkil edir
Redaksiya
Bu günədək ölkədəki sənaye zonalarına yatırılan sərmayələrin ümumi həcmi 6,5 milyard manat təşkil edir.
"Operativ Media" xəbər verir ki, bunu "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransda çıxış edərkən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, burada 10,1 mindən çox daimi iş yeri açılıb. "Yaxın gələcəkdə mövcud layihələr üzrə 600 milyon manatdan çox investisiyanın yatırılması və 4,8 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur",- deyə S.Ələkbərov qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma