Menyu

2022-ci ildə kartla ödənişlər artıb

Nərmin Qocamanlı
2022-ci ildə kartla ödənişlər artıb

2022-ci ildə kartlarla ödəniş 2021-ci illə müqayisədə iki dəfədən çox artıb

"Operativ Media" xəbər verir ki, bunu "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransda çıxış edərkən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

"Sektor üzrə atılan addımlar son illər artım tempi ilə müşahidə edilən bir inkişafa gətirib çıxarıb. Belə ki, 2015-ci ildə ölkədə kartlarla ödəniş 1,1 milyard manat idisə, 2021-ci ildə bu məbləğ 11,2 milyard manata yüksəlmişdir. 2022-ci ildə isə bu göstərici iki dəfədən çox artaraq 24,2 milyard manata çatıb",- deyə Z.Nuriyev qeyd edib.

Teqlər:

"2022-ci ildə kartla ödənişlər artıb"

Əlaqəli Xəbərlər