Menyu

Son iki gündə 30 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Son iki gündə 30 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
1 dəq oxu

Polis əməkdaşlarının aprelin 29-da və 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,4 kiloqramdan artıq heroin, 23 kiloqramdan çox marixuana, 3 kiloqramdan çox metamfetamin və 2475 ədəd güclü təsiredici xassəyə malik həb olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər