Menyu

Xaçmazda Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə araşdırma aparılıb

Redaksiya
Xaçmazda Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə araşdırma aparılıb

Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Xaçmaz rayon prokurorluğundan "Operativ Media"ya bildirilib ki, araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil  etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələr ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Teqlər:

"Xaçmazda Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə araşdırma aparılıb"

Əlaqəli Xəbərlər