01 May 2023, 14:31
Polisə tabesizlik göstərən "Prius" sürücüsü həbs edilib
Polisə tabesizlik göstərən "Prius" sürücüsü həbs edilib şəkil
Polisə tabesizlik göstərən "Prius" sürücüsü həbs edilib

Xəbər verildiyi kimi, aprelin 28-də saat 08 radələrində Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, idarə etdiyi avtomobillə xidməti vəzifələrini yerinə yetirən polis işçilərinə tabesizlik göstərən şəxs saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Əməliyyat məlumatı əsasında əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış aparılan zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Aparılmış araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin  234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər