Energetika naziri Azərbaycan-Aİ enerji dialoqunda iştirak edəcək
Nərmin Qocamanlı
Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonun dəvəti ilə Belçika Krallığına səfər edib.
"Operativ Media" nazirliyə istinadən xəbər veri ki, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 2-də paytaxt Brüssel şəhərində keçiriləcək Azərbaycan - Avropa İttifaqı yüksək səviyyəli enerji dialoqunun növbəti görüşündə iştirak edəcək.
Görüş çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq məsələləri, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun icra vəziyyətinə dair müzakirələrin aparılması nəzərdə tutulur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net