Menyu

Azərbaycan U-20 millisi İraqla qarşılaşacaq

Operativ Media
Azərbaycan U-20 millisi İraqla qarşılaşacaq
1 dəq oxu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirəcək.

Operativ Media xəbər verir ki, U-20 millimiz yenə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq. Qarşılaşma “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Əlaqəli Xəbərlər