Menyu

Azərbaycan gömrükçüləri bəyan edilməyən mallar aşkar edib

Operativ Media
Azərbaycan gömrükçüləri bəyan edilməyən mallar aşkar edib
1 dəq oxu

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarət tədbirləri nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilən mallar aşkar olunub.

Operativ Media-ya bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İdarənin “Qırmızı Körpü” gömrük postunda Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib və şübhəli hallar müşahidə olunub.

Aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən dərman, vitamin, spirtli içki və siqaretlərdən ibarət 39 adda xeyli sayda mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər