Menyu

Cəbrayılda çoban tank əleyhinə minaya düşərək həlak olub - YENİLƏNİB

Cəbrayılda çoban tank əleyhinə minaya düşərək həlak olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyi Cəbrayıl rayonunda baş verən mina hadisəsi barədə birgə məlumat yayıb.

"Operativ Media" xəbər verir ki, ANAMA-dan daxil olan məlumatda deyilir ki, mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində minalardan təmizlənməmiş sahədə mina partlayışı baş verib. Məlumata əsasən, maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

***

18:55

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı baş verib.

Bu barədə "Operativ Media"ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

Teqlər:

"Cəbrayılda çoban tank əleyhinə minaya düşərək həlak olub - YENİLƏNİB"

Əlaqəli Xəbərlər