http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DİN: İrandan 112 kiloqram narkotik vasitə gətirən 2 nəfər saxlanılıb - VİDEO

02 May 2023 , 09:40
DİN: İrandan 112 kiloqram narkotik vasitə gətirən 2 nəfər saxlanılıb - VİDEO

İran İslam Respublikasından birbaşa olaraq milli genefondumuzun məhv edilməsi məqsədi ilə göndərilən külli miqdarda narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı növbəti dəfə Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətlə alınıb.

Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində paytaxt sakinləri Rövşən Zamanov və Röyal Baloğlanov saxlanılıblar. 

Onların avtomobilinə və yaşadıqları evlərə baxış zamanı hər iki şəxsə məxsus 112 kiloqram, o cümlədən 30 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 52 kiloqram qurudulmuş marixuana, 30 kiloqram metamfetamin və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Rövşən Zamanov və Röyal Baloğlanov narkotik vasitələri İran vətəndaşı “Hadı” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən İmişli rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. 

Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs  barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu