http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Qeyri-yaşayış sahələri müsabiqə vasitəsilə icarəyə verilir

02 May 2023 , 10:17
Qeyri-yaşayış sahələri müsabiqə vasitəsilə icarəyə verilir
Foto şərtidir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kiçik sahibkarlığın inkişafına dəstək ola biləcək yenilik edib.

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, ölkə ərazisində, xüsusilə bölgələrdə yerləşən qeyri-yaşayış sahələri (obyektləri) kvadratmetri bir manatdan başlayan qiymətlərlə icarəçilərə təklif edilir. İlkin olaraq Hacıqabul rayonunda yerləşən obyektlər icarəyə verilir. Bununla bağlı Dövlət Xidməti “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na uyğun olaraq, qeyri-yaşayış sahələrinin (obyektlərin) icarəyə verilməsi üzrə müsabiqə elan edir. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən maksimum həcmdə icarə haqqı təklif edən sifarişçiyə üstünlük veriləcək.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 8 may 2023-cü il tarixinədək müraciət edə bilərlər.

Qeyd edək ki, icarə üçün təklif olunan obyektlər biznesə başlayanlar, kiçik sahibkarlar üçün olduqca əlverişlidir. Bu kateqoriyadan olan biznes sahibləri əldə edəcəkləri qeyri-yaşayış sahələrində müxtəlif ticarət təyinatlı işləri (ərzaq, meyvə-tərəvəz, gündəlik tələbat malları, elektrik cihazları və avadanlıqları, ehtiyat hissələri, geyim və s.) həyata keçirə bilərlər. Həmçinin, obyektlər xidmət (ofis, bərbərxana, gözəllik salonu, təmir, bərpa, dərzi, çay, kofe və s.), istehsal (yarımfabrikatlar, məhsullun qablaşdırılması, kiçik istehsal avadanlıqları, şirniyyat və un məmulatları, meyvə və tərəvəz emalı sahəsi və s.) sahələri üçün də uyğundur.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti, şəkilləri və məlumatlarla https://clck.ru/34Fecp linki vasitəsilə tanış olmaq mümkündür.

Bildirilir ki, dövlətin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi digər şəhər və rayonlarda da davam etdiriləcək. Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) əvvəlcədən yerləşdiriləcək.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu