17 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının mayın 1-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıarılan narkotik vasitələr – 5 kiloqram 650 qram heroin, 10 kiloqramdan çox marixuana, 453 qram tiryək, 1 kiloqramdan çox metamfetamin, 1140 ədəd güclü təsiredici xassəyə malik həb və 31 ədəd çətənə kolu olub.
Bu qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma