ANAMA işğaldan azad edilmiş ərazilərdə ötən ay 562 mina aşkarlayıb
Nərmin Qocamanlı
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 562 mina aşkarlayıb.
"Operativ Media" xəbər verir ki, bub barədə ANAMA-dan məlumat verilib.
Aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 4651,45 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Teqlər:
"ANAMA işğaldan azad edilmiş ərazilərdə ötən ay 562 mina aşkarlayıb"