FHN Bakıda yanacaq vaqonunun relsdən çıxması ilə bağlı əməliyyat görüntüləri yayıb
Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanacaq vaqonunun relsdən çıxması ilə bağlı əməliyyat görüntüləri yayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir
Teqlər:
"FHN Bakıda yanacaq vaqonunun relsdən çıxması ilə bağlı əməliyyat görüntüləri yayıb"