Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Nərmin Qocamanlı
Bakıda və Abşeron yarımadasında mayın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadının bəzi ərazilərində intensiv olacağı ehtimalı var.
"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Azərbaycanın rayonlarında mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net