Menyu

DİN: Axtarışda olan 87 nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: Axtarışda olan 87 nəfər saxlanılıb

Mayın 2-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Teqlər:

"DİN: Axtarışda olan 87 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər