Menyu

Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb

Nərmin Qocamanlı
Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb

Mayın 3-ü Astarada meşəlik ərazidə 1969-cu il təvəllüdlü Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər