Menyu

Dövlət Komitəsinin sədri Qubada vətəndaşların müraciətlərini dinləyəcək

Nərmin Qocamanlı
Dövlət Komitəsinin sədri Qubada vətəndaşların müraciətlərini dinləyəcək
1 dəq oxu

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 12-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Dövlət Komitəsindən "Operativ Media"ya verilən məlumata görə, qəbul Quba şəhər Heydər Əliyev mərkəzində (Heydər Əliyev prospekti) saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan qurumun Quba bölgəsi üzrə şöbəsinə aşağıdakı əlaqə vasitələrinə - (023) 335 22 70, (051) 225 47 77 və ya chairman@scwra.gov.az , dk-quba@scwra.gov.az  , - müraciət etmələri xahiş olunur

Əlaqəli Xəbərlər