Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Nərmin Qocamanlı
Bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində Bərdə rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobil əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub, daha sonra isə yolun kənarı ilə hərəkətdə olan piyada, 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Meda"ya verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma