Azərbaycan və Albaniya ticari-iqtisadi əlaqələri müzakirə edib
Nərmin Qocamanlı
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Albaniyanın Baş nazirinin müavini–infrastruktur və energetika naziri Bellinda Balluku ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Pərviz Şahbazov tviterdə bildirib.
"Baş nazirin müavini–infrastruktur və energetika naziri Bellinda Balluku ilə Albaniyada qazlaşdırma, TAP layihələri, ticari-iqtisadi əlaqələrimizin inkişafı ilə bağlı səmərəli müzakirələr apardıq. Diplomatik əlaqələrimizin 30 illiyində münasibətlərimiz yeni inkişaf mərhələsinə yüksəlir", - nazir qeyd edib.
Teqlər:
"Azərbaycan və Albaniya ticari-iqtisadi əlaqələri müzakirə edib"