http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Prezident Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub

04 May 2023 , 18:40
Prezident Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

"Operativ Media" xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub.

Bu ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avtomobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq.

Ekoloji memarlıq konsepsiyasına əsasən, Mərkəzin damı yaşıllıq zolağı və günəş panelləri ilə əhatə olunacaq. Konqres Mərkəzində beynəlxalq və ölkə səviyyəli müxtəlif tədbirlər keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

XƏBƏR LENTİ
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
  • 17:49

    Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
Menyu