Azərbaycanda daha 22 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
"Operativ Media" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 024 nəfər müalicə olunaraq sağalıb, 10 254 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.
Ölkədə son sutka ərzində 1006, hazırkı dövrədək isə 7 594 650 test aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net