http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları tədavülə buraxılacaq

05 May 2023 , 11:56
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları tədavülə buraxılacaq

Azərbaycan Mərkəzi Bankı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan pul nişanları təqdim edib.

"Operativ Media" AMB-yə istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanan investisiya məqsədli pul nişanları bu ilin 10 may tarixindən etibarən tədavülə buraxılacaq.

Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanları da tədavülə buraxılacaq. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.

Yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib.

İlk dəfə olaraq tədavülə buraxılacaq investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.

Beynəlxalq təcrübəyə uyğun olaraq, bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanıb və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılacaq.

Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.

OXŞAR XƏBƏRLƏR
Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb

Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb

Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 16:27

    Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru ilə görüşüb
  • 16:24

    Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb
  • 16:17

    Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
  • 16:09

    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 15:48

    Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub
  • 15:46

    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
Menyu