Menyu

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Nərmin Qocamanlı
İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Samur-Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq.

Ağgöl milli parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-25° isti olacaq.

Qızılağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti , gündüz 14-17° isti olacaq.

Şirvan milli parkında mülayim, sabit, əsasan yağmursuz hava şəraiti gözlənilir. Lakin 07-də gecəyə doğru yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-27° isti olacaq.

Hirkan milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Teqlər:

"İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb"

Əlaqəli Xəbərlər