http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Mingəçevirdə qadının mobil telefonunu və pulqabısını oğurlayan şəxs tutulub

05 May 2023 , 17:26
Mingəçevirdə qadının mobil telefonunu və pulqabısını oğurlayan şəxs tutulub

Mingəçevir şəhərində yerləşən Şəhidlər Xiyabanından iki şəhid övladının məzarlarını ziyarət gələn ananın mobil telefonunun və pulqabısının naməlum şəxs tərəfindən  oğurlanması  barədə polis şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxsin əvvəllər də bir neçə dəfə məhkum olunmuş şəhər sakini Vüsal Mahmudov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və üzərində şəxsi axtarış keçirilən zaman külli miqdarda narkotik vasitə-heroin aşkarlanaraq götürülüb.  

Araşdırma zamanı V.Mahmudovun oğurluğu törətdikdən sonra mobil telefonu şəhər ərazisində yerləşən yarımtikilidə gizlətdiyi, pulqabını isə  küçəyə atdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin əşyalar da maddi sübut kimi götürülüb.  

Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, V.Mahmudovun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şəmkirdə 6 otaqlı ev yanıb

Şəmkirdə 6 otaqlı ev yanıb

“Burger King”in Azərbaycandakı françayzi cərimələnib

“Burger King”in Azərbaycandakı françayzi cərimələnib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2

XƏBƏR LENTİ
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
  • 13:42

    Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır
Menyu