Qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin isti izlərlə açılması təmin edilib
Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Mayın 3-də Astara rayonun Şümrüd kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Əzizovun kəndin meşəlik ərazisində üzərində xəsarət izləri olan meyitinin aşkar olunması faktına görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində balta ilə Eynəli Əzizova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aslan Şüvünəliyev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.