Menyu

Bakının bəzi yolları genişləndiriləcək

Redaksiya 753 baxış
Bakının bəzi yolları genişləndiriləcək

Paytaxtın bəzi ərazilərində yollar genişləndiriləcək.

"Operativ Media" xəbər verir ki, bunu Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

O qeyd edib ki, Bakının Baş planının hazırlanması tamamlanıb, prosedurla nəzərdə tutulan bütün razılaşmalardan keçib və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.

Əsas məqsəd paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsidir.

Elbay Qasımzadə bildirib ki, Bakının tarixi küçələri istisna olmaqla, bir çox küçələrdə genişləndirmə işləri aparılacaq. O, genişləndirilmə işlərinin aparılacağı konkret əraziləri də açıqlayıb.

Elbay Qasımzadə əlavə edib ki, şəhərin şimal və cənub girişində hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

Teqlər:

"Bakının bəzi yolları genişləndiriləcək"

Əlaqəli Xəbərlər