Menyu

Masallıda qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb

Nərmin Qocamanlı
Masallıda qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb

Mayın 7-si saat 08 radələrində Masallı rayon sakini 1975-ci il təvəllüdlü  Sədaqət Səfərovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırmalarla 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevin aralarında yaranmış mübahisə zamanı rayonun Təzə Alvadı kəndi ərazisində bıçaqla Sədaqət Səfərovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər