Mayın 5-də saat 8 radələrində metronun “Ulduz” stansiyasında bir qadının çantasından içərisində 1112 manatı, sənəd və bank kartları olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Bakı metrosunda soyğunçuluq edən şəxs saxlanılıb"