Pirallahı qəsəbəsində qadına qarşı soyğunçuluq edən şəxs tutulub
Nərmin Qocamanlı
Mayın 3-də Pirallahı qəsəbəsi ərazisində bir qadının bankomatdan pul çıxarmaq üçün kartını verdiyi şəxsin onun 310 manatını çıxarıb talayaraq qaçması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluğa görə məhkum olunmuş Eybət Cavadov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Səttar Abdullayev müəyyən olunaraq saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Teqlər:
"Pirallahı qəsəbəsində qadına qarşı soyğunçuluq edən şəxs tutulub"