İşğaldan azad edilən ərazilərdə daha 163 mina aşkarlanıb
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Məlumata görə, mayın 1-dən 6-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88, tank əleyhinə 75 mina və 123 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 356 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Teqlər:
"İşğaldan azad edilən ərazilərdə daha 163 mina aşkarlanıb"