Menyu

İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb

Redaksiya
İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində nəzarət-yoxlama tədbirləri keçirilib. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə keçirilən tədbirdə  avtomobillər saxlanılıb. Həmin nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı yol polisi əməkdaşları tərəfindən xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.  Avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə biləcəyi sürücülərin diqqətinə çatdırılıb. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.

Teqlər:

"İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb"

Fotogalereya

Əlaqəli Xəbərlər