http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

08 May 2023 , 15:19
Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Xəbər verildiyi kimi, mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılaraq həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

"Təəssüflə bildiririk, Media haqqında Qanunun 14.1.8-ci maddəsinə əsasən şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılması yolverilməz hesab edilməsinə baxmayaraq, bəzi media subyektləri və jurnalistlər tərəfindən qanunvericilyin tələbləri kobud şəkildə pozularaq zərərçəkmiş və təqsirləndirilənin şəxsi və ailə həyatına dair müxtəlif məzmunlu məlumatlar ictimailəşdirilib.

Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya məhkəmənin icazəsi ilə yayılmalı olduğu halda qeyd olunan tələblərə əməl edilməyib. 

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik".

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XƏBƏR LENTİ
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
Menyu