Menyu

Naxçıvanda icra nümayəndəliyində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Redaksiya
Naxçıvanda icra nümayəndəliyində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb


Babək rayon İcra Hakimiyyəti başçısının Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Hümbətov və onun müavini İntizam Məmmədlinin qanunsuz əməlləri barədə Babək rayon prokurorluğunda araşdırma aparılıb.

Naxçıvan Muxtar Respublikası Prokurluğundan "Operativ Media"ya bildirilib ki, araşdırma zamanı Eldəniz Hümbətov və İntizam Məmmədlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəlik hüquqnun tanınması üçün qanunsuz sənədlər verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istfadə etmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İbtidai istintaq davam etdirilir.

Teqlər:

"Naxçıvanda icra nümayəndəliyində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb"

Əlaqəli Xəbərlər